DÇ: Azərbaycan şahmat yığması bu gün İranla qarşılaşacaq
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanadakı komandalararası dünya çempionatında bu gün VIII turun oyununu keçirəcək.
"Report" xəbər verir ki, rəqib İran yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
Mundialda Azərbaycanı Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov, İranı isə Parxam Maqsudlu, Poyya İdani, Amin Tabatabayi, Əlirza Firuca və Aryan Qulami təmsil edir.
Bu gün İsveç - Rusiya, Hindistan - ABŞ, Misir - Qazaxıstan və Çin - İngiltərə qarşılaşmaları da oynanılacaq.
Qeyd edək ki, sona 2 tur qalmış turnir cədvəlinə 12 xalla Rusiya başçılıq edir. İngiltərə 11 xalla 2-ci, Hindistan 10 xalla 3-cü yerdə qərarlaşıb. ABŞ və Çin hərəyə 8 xalla 4-5-ci yerləri bölüşür. İran 7 xalla 6-cı, Azərbaycan 5 xalla 7-cidir. Qazaxıstan və İsveç hərəyə 4 xalla 8-9-cu yerləri bölüşürlər. 1 xala malik Misir isə sonuncudur.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb