Bakıda gimnastika üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirilib
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna gələn nümayəndə heyətləri ilə görüş keçirilib. ONA-nın məlumatına görə, tədbirdə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə yarış iştirakçılarının sayının artdığını deyib.
O əlavə edib ki, bu turnir 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək.
Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə texniki nümayəndəsi Kim Daudell və kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Ceff Tomson yarışın təşkilində görülmüş işə görə Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsinə minnətdarlıqlarını bildiriblər.
Daha sonra 14-17 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında keçiriləcək və 41 ölkədən gimnastların çıxış edəcəyi kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun püşkatma mərasimi keçirilib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb