AÇ-2020-nin seçmə mərhələsində bu həftə Rusiya və Kiprlə qarşılaşacaq Belçika millisində itkilər var.
Qol.az Belçika Futbol Federasiyasının rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Mussa Dembele və müdafiəçi Toma Menye zədə səbəbindən qarşıdakı görüşləri buraxacaq.
Həmçinin, hücumçu Romelu Lukakunun da meydana çıxması sual altındadır. “Mançester Yunayted”in üzvü son məşqdə iştirak etməyib.
Qeyd edək ki, Belçika millisi martın 21-də Rusiya ilə evdə, martın 24-də isə Kiprlə səfərdə qarşılaşacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb