Qrup komandamız bədii gimnastika üzrə Qran Pri yarışlarının gümüş medalını qazanıb
Bu gün, Tiyedə (Fransa) bədii gimnastika üzrə ənənəvi Qran Pri yarışlarının final mərhələləri baş tutub.
Trend-ə Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, artıq bir neçə gündür davam edən mübarizənin sonunda Azərbaycanın qrup hərəkətləri komandası gümüş medal qazanmağa müvəffəq olub. Aliyə Paşayeva, Siyana Vasileva, Ayşən Bayramova, Diana Əhmədbəyli və Zeynəb Hümmətovanın "Çəhrayı Pantera" musiqisinin sədaları altında 3 halqa və 2 cüt gürzlə icra etdikləri kompozisiya 23.950 xalla dəyərləndirilib. Bununla da qızlarımız fəxri kürsünün 2-ci pilləsinə qədər yüksəliblər. Turnirin qızıl medalını Ukrayna, bürünc medalına isə Rusiya komandası sahiblənib.
Qeyd edək ki, qrup komandamız çoxnövçülükdə 13 komanda arasında 5-ci yerdə qərarlaşıb.
Yarışda fərdi çıxışları ilə ölkəmizi təmsil edən Zöhrə Ağamirova isə 4 alət üzrə çıxışlarının ümumi nəticələrinə əsasən sıralamada 15-ci olub.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb