banner
banner

İdman

“Shamkir Chess 2019”: Maqnus Karlsen turnir cədvəlində liderliyə yüksəlib - Foto

“Shamkir Chess 2019”: Maqnus Karlsen turnir cədvəlində liderliyə yüksəlib - Foto

Aprelin 2-də Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2019” superturnirində üçüncü turun partiyaları oynanılıb.

AZƏRTAC xəbər verir ki, üçüncü turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov qara fiqurlarla hindistanlı Vişvanatan Anand, Teymur Rəcəbov isə ağ fiqurlarla Çin təmsilçisi Dinq Liren ilə qarşılaşıblar. Şəhriyar Məmmədyarov Vişvanatan Ananda məğlub olub - 0:1. Teymur Rəcəbov isə Dinq Liren ilə heç-heçə edib. Dünya çempionu Maqnus Karlsen Çexiya təmsilçisi David Navaranı məğlub edərək turnirin vahid lideri olub. Rusiyalı Sergey Karyakin bolqarıstanlı Veselin Topalov, onun həmyerlisi Aleksandr Qrişuk isə hollandiyalı Aniş Giri ilə “sülh bağlayıblar”.

Üçüncü turda Sergey Karyakinin heç-heçə etməsindən sonra aktivində 2,5 xal olan Maqnus Karlsen turnir cədvəlinin vahid liderinə çevrilib. Dinq Liren, Sergey Karyakin 2 xalla ikinci-üçüncü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov isə 1,5 xalla dördüncü–altıncı yerləri bölüşürlər. Aleksandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navaranın hər birinin aktivində 1 xal var.

Turnirə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.