banner
banner

İdman

Bu gün Maqnus Karlsen "ShamkirChess"in dördqat qalibi ola bilər

Bu gün Maqnus Karlsen "ShamkirChess"in dördqat qalibi ola bilər

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində bu gün VIII turun görüşləri keçiriləcək.

"Report" xəbər verir ki, azərbaycanlı qrossmeysterlərdən Teymur Rəcəbov ağ fiqurlarla hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla üz-üzə gələcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla son pillədəki Aniş Giri ilə görüşəcək. Artıq turnirin qalibi olma şanslarını Rəcəbov böyük ölçüdə, Məmmədyarov isə tamamilə itirib. Hər iki qrossmeyster son 2 turda ilk qələbə üçün yarışacaqlar.

Turun mərkəzi görüşündə isə rusiyalı Sergey Karyakin ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq. Karlsen qələbə qazansa, sona bir tur qalmış dördüncü dəfə "ShamkirChess"in qalibi adını qazanacaq.

"ShamkirChess 2019"

VIII tur

8 aprel

Sergey Karyakin (Rusiya) – Maqnus Karlsen (Norveç)

Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan)

Veselin Topalov (Bolqarıstan) – Dinq Liren (Çin)

Alekandr Qrişuk (Rusiya) – David Navara (Çexiya)

Aniş Giri (Hollandiya) – Şəhriyar Məmmədyarov (Azərbaycan)

Bütün görüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, 7 turdan sonra Maqnus Karlsen 5 xalla 1-ci, Sergey Karyakin 4,5 xalla 2-ci pillədə qərarlaşıb. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3.5 xalla 3 - 8-ci yerlərdədirlər. Şəhriyar Məmmədyarov 2,5 xalla 9-cu, Aniş Giri isə 2 xalla 10-cu sıradadır. Turnirə aprelin 9-da yekun vurulacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.