"Liverpul" doğma meydanında "Çelsi"yə 2:0 hesabı ilə qalib gəldi
İngiltərə Premyer Liqasının 34-cü turunun oyunları baş tutub.
Trend-in məlumatına görə, "Liverpul" doğma meydanı "Enfild" stadionunda "Çelsi"ni qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 51-ci dəqiqədə Sadio Mane açıb. Cəmi 2 dəqiqə sonra mersisaydlıların misirli hücumçusu Məhəmməd Salah hesab fərqini 2-yə çatdırıb.
Qeyd edək ki, 34 turdan sonra "Liverpul" turnir cədvəlinə başçılıq edir (85 xal), "Çelsi" isə dördüncüdür (66 xal).
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb