banner
banner

İdman

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku keçirilir.

Trend-in məlumatına görə, turnirdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır. Üç gün davam edəcək yarışda ümumilikdə 25 qrup komandası və 70-dən çox fərdi gimnast hakimlər qarşısına çıxacaq.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sonra Rəhmanova təmsil edirlər.

Turnirin ilk iki günü təsnifat mərhələləri baş tutacaq və çoxnövçülükdə ən yüksək xal toplamış 8 fərdi gimnast, həmçinin qrup komandası final mərhələsinə adlayacaq. 28 aprel tarixində isə həlledici final mərhələsinin qalibləri müəyyənləşəcək.

 

Bununla yanaşı, ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.