Qadın cüdoçularımız Rumıniyada Avropa açıq kubokunda 4 medal qazanıblar
Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kubokunda Azərbaycanın qadın cüdoçularından ibarət komandası uğurla çıxış edərək 1 qızıl, 3 bürünc medal qazanıb.
Trend-in məlumatına görə, qızıl medalı komandamızın aktivinə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yazdırıb. İdmançı Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq) və İçinkorloo Munxtsedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb.
Qeyd edək ki, 29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turniri iyunun 1-2-də keçirilib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb