banner
banner

İdman

“Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinin qalibi Maqnus Karlsen olub

“Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinin qalibi Maqnus Karlsen olub

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən və Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da iştirak etdiyi “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsinin qalibi müəyyənləşib.

Trend xəbər verir ki, 11 turdan 8 xal toplayan norveçli dünya çempionu Maqnus Karlsen turnirin qalibi olub.

Amerikalı şahmatçılar Uesli So 7 xalla ikinci, Fabiano Karuana 6 xalla üçüncü yerləri tutublar. Son turda çinli Dinq Liren ilə heç-heçə edən təmsilçimiz Şəhriyar Məmmədyarov 4,5 xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Grand Chess Tour 2019” seriyasının birinci mərhələsi mayın 6-dan 13-dək Fil Dişi Sahilinin paytaxtı Abicanda keçirilib.

 

Blitz və rapid üzrə keçirilmiş turnir dünya çempionu Maqnus Karlsenin qələbəsi ilə nəticələnib. Turnirin sonrakı mərhələləri - iyulun 26-dan avqustun 2-dək Paris, avqustun 8-dən 15-dək və 16-dan 30-dək Sent-Luis, noyabrın 4-dən 11-dək Buxarest, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Yarışların final seriyası isə noyabrın 30-dan dekabrın 10-dək Londonda keçiriləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.