banner
banner

İdman

Bakı Ali Neft Məktəbində İngiltərə və Şotlandiya futbol komandaları xeyriyyə oyunu keçirib

Bakı Ali Neft Məktəbində İngiltərə və Şotlandiya futbol komandaları xeyriyyə oyunu keçirib

Bakı Ali Neft Məktəbinin stadionunda Bakıda fəaliyyət göstərən transmilli neft şirkətlərinin əməkdaşlarından ibarət İngiltərə və Şotlandiya komandaları arasında xeyriyyə futbol oyunu keçirilib.

Trend-in məlumatına görə, İngiltərə və Şotlandiya komandaları arasında 13-cüsü keçirilən bu oyundan əldə olunan vəsait Azərbaycanda xeyriyyə məqsədi ilə istifadə olunacaq.

Gərgin mübarizə şəraitində keçən oyunda İngiltərə komandası 2:1 hesabı ilə qalib gəlib.

Bu, Ali Məktəbin stadionunda keçirilən növbəti peşəkar oyundur.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən kampusunda 1000 yerlik süni örtüklü müasir standartlara cavab verən stadionu fəaliyyət göstərir.

Stadion idman yarışlarının keçirilməsi üçün bütün texniki imkanlarla təchiz olunub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.