Voleybol yarışlarının birinci gününün sonuncu oyunlarında Belçika və İtaliya komandaları fərqləniblər
İyulun 22-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalında kişi və qadın voleybolçuların yarışlarında birinci günə yekun vurulub.
Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən voleybolçuların yarışında dördüncü oyunda Belçika və Çexiyanın idmançıları üz-üzə gəliblər. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada əzmkarlıq nümayiş etdirən Belçika millisi rəqibinə 3:1 (25:23, 19:25, 25:22, 25:16) hesabı ilə qalib gəlib.
Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qadınların mübarizəsində isə günün sonuncu qarşılaşması Almaniya və İtaliya yığmaları arasında oynanılıb. Matçda İtaliya təmsilçiləri daha yaxşı oynayaraq 3:0 (25:20, 25:13, 25:20) hesablı qələbə qazanıblar.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb