Uelsli futbolçu: “Ümid edirəm ki, Azərbaycanla görüşdən qalib ayrılacağıq”
“AVRO-2020-nin seçmə mərhələsinin növbəti oyununa hazırlığı davam etdiririk. Lakin hamımız start heyətində yer ala bilmərik”.
APA-nın məlumatına görə, bunu Uels milli komandasının futbolçusu Tom Lourens deyib.
25 yaşlı hücumameylli yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla sentyabrın 6-da keçiriləcək oyunu barədə fikirlərini açıqlayıb. T.Lourens final mərhələsinə vəsiqə barədə düşündüyünü gizlətməyib: “Azərbaycanla qarşılaşmada meydana çıxacağımız anı səbirsizliklə gözləyirik. Ümid edirəm ki, bu görüşdən qalib ayrılacağıq. Qaret Beyl öz oyununu göstərəndə dünyanın ən yaxşılarından biridir. Onun millimizin heyətində matça çıxması Uels üçün əlavə üstünlükdür. Amma hər şeyi təkcə onun öhdəsinə buraxa bilmərik. Digər oyunçular da çalışıb komandaya kömək etməlidirlər. Zədə səbəbindən AVRO-2016-nın final mərhələsindən kənar qaldım. Növbəti böyük turnirdə oynamaq istəyirəm. Uzun yol qət etmişəm və final mərhələsinə düşmək üçün alışıb-yanıram”.
Qeyd edək ki, Uels – Azərbaycan matçı Kardiffdə keçiriləcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb