Boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatı davam edir. İkinci yarış günündə Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulub.
Trend-in məlumatına görə, yığma üzvlərindən Murad Allahverdiyev Stoil Stanoyevlə (Bolqarıstan) qarşılaşıb. 81 kq çəkidə rinqə çıxan boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda belaruslu Raman Kazyankovla döyüşəcək. Görüş sentyabrın 8-nə təsadüf edəcək.
M.Allahverdiyevdən fərqli, İqor Platov (75 kq) Valeri Razmeritaya (Moldova), Ruslan Qədirov (49 kq) Uiliam Hevittə (İngiltərə) və Fuad Cəfərov (+91 kq) Viçenzo Fiasçettiyə (İtaliya) məğlub olub.
Qeyd edək ki, bu gün rinqə Azərbaycan millisinin 3 boksçusu çıxacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb