Azərbaycan klubları avrokuboklarda məhsuldarlıq rekordu vurublar
Azərbaycan klubları avrokuboklarda bir mövsüm ərzində vurulan qol sayında yeni rekorda imza atıblar.
APA-nın məlumatına görə, təmsilçilərimizin cari mövsüm vurduğu qolların sayı 39-a çatıb. Bu, Avropa Liqasının qrup mərhələsinin IV turunun APOEL – “Qarabağ” matçında rəsmiləşib. Oyunda hesabı açan Maksim Medvedevin vurduğu top Azərbaycan klublarının cari mövsümdəki 39-cu qolu olub. Bu da 1994-cü ildən avrokuboklarda çıxış edən ölkəmiz üçün ən yüksək göstəricidir. Əvvəlki rekord 38 qolun vurulduğu 2016/17 mövsümündə qeydə alınmışdı.
Cari mövsümün 39-cu qolu 22-ci qarşılaşmada vurulub. Bu toplardan 19-u “Qarabağ”, 16-sı “Neftçi”, 4-ü “Səbail”in hesabındadır.
Qeyd edək ki, M.Medvedev avrokuboklarda özünün ikinci qoluna imza atıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb