banner
banner

İdman

Bakı-2019-un finalında Azərbaycan güləşçisi ilə qarşılaşan rusiyalıda dopinq aşkarlanıb

Bakı-2019-un finalında Azərbaycan güləşçisi ilə qarşılaşan rusiyalıda dopinq aşkarlanıb

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında medal qazanan idmançılardan birində dopinq tapılıb.

APA-nın məlumatına görə, sərbəst güləş üzrə Rusiya yığmasının üzvü Rüstəm Dolayevin orqanizmində istifadəsi qadağan olunmuş meldoni preparatı aşkarlanıb.

51 kq çəki dərəcəsində gümüş medal qazanan güləşçi mükafatdan məhrum edilib. Finalda Azərbaycan güləşçisi Kənan Heybətova uduzan rusiyalıdan alınan gümüş medal moldovalı Konstantin Çirilova verilib. Sonuncunun bürünc mükafatı isə gürcüstanlı Otaru Mamulaşviliyə nəsib olub.

Qeyd edək ki, Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçirilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.