"Düdelanj"ın baş məşqçisi "Qarabağ"la oyunda komandasına telefon və ya ratsiya ilə təlimat verəcək
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”ın qonağı olacaq Lüksemburq “Düdelanj”ının baş məşqçisi Bertran Krasson komandaya göstərişlərini telefon və ya ratsiya ilə verəcək.
“Report”un “Luxemburger Wort” portalına istinadən verdiyi məlumata görə, buna səbəb 48 yaşlı belçikalı mütəxəssisin sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşməsidir. Bu üzdən tribunada yer alacaq Bertran “Düdelanj”ı meydanda çıxaracaq köməkçisi Lexit Zeqdana təlimatlarını telefon və ya ratsiya ilə çatdıracaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:55-də başlayacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb