banner
banner

İdman

"Keşlə" klubu danışılmış oyunlara görə izahatları alınan əməkdaşları ilə bağlı açıqlama yayıb

"Keşlə" klubu danışılmış oyunlara görə izahatları alınan əməkdaşları ilə bağlı açıqlama yayıb

“Keşlə” Futbol Klubunun əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar, onların izahatları alınıb.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, adı çəkilən şəxslər 2017-ci ildə “Binə” Futbol Klubundakı fəaliyyətlərinə görə izahat veriblər.

“Keşlə” müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq.

Qeyd etmək istəyirik ki, aparılan araşdırmaların “Keşlə” Futbol Klubuna heç bir aidiyyatı yoxdur. Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.