“Millinin bəzi futbolçularının bukmeker kontorları ilə əlaqəsi var”
Millinin formasını geyinən bəzi futbolçuların bukmeker kontorları ilə əlaqəsi var.
Belə bir iddia ilə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev çıxış edib. O, AFFA rəhbərliyinin bağlı qapılar arxasında keçirilən toplantısında bu haqda danışıb və konkret ad(lar) çəkib.
PFL-in birinci şəxsi bildirib ki, həmin oyunçu(lar) barədə konkret faktlar var, amma nədənsə adları ictimaiyyətdən gizli saxlanılır.
AFFA-nın baş katibi Elxan Məmmədov məsələdən xəbərdar olduğunu, lakin o futbolçuların millinin deyil, öz klublarının oyunlarına pul qoyuluşu etdiyini deyib. Lakin federasiya rəsmisi hansı səbəbdən onların adlarının "qara siyahı"ya salınmadığını açıqlamayıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb