Ronaldunun het-triki "Yuventus”a böyük hesablı qələbə qazandırıb
"Yuventus" İtaliya çempionatının 18-ci turunun matçında "Kalyari"ni darmadağın edib.
“Report” xəbər verir ki, qarşılaşma Turində, “Alyans” stadionunda baş tutub və “Yuventus”un 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab ikinci hissənin əvvəlində açılıb. Kriştianu Ronaldu 49-cu dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. İkinci hissənin ortalarında portuqaliyalı 11 metrlik cəriməni reallaşdıraraq Turin klubunun üstünlüyünü artırıb. 81-ci dəqiqədə Qonsalo İquain Ronaldunun ötürməsi ilə hesabı 3:0-a çatdırıb. Bir dəqiqə sonra Ronaldu het-triki rəsmiləşdirib - 4:0.
"Yuventus" 45 xalla A seriyasının turnir cədvəlində 1-ci yerdə qərarlaşıb. "Kalyari" 29 xalla 6-cı yerdədir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb