banner
banner

İdman

Azərbaycan millisinin futzalçısı: "İlk oyunlarda hər zaman stress, əsəb gərginliyi olur"

Azərbaycan millisinin futzalçısı:

“Çətin oyun oldu. Məncə, yaxşı oynadıq. Ancaq vacib olan qələbə qazanmaq idi ki, bunu bacarmadıq. İlk oyunlarda hər zaman stress, əsəb gərginliyi olur”.

"Report"un məlumatına görə, bu sözləri Azərbaycan futzal milli komandasının üzvü Vassora federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O, elit-raund mərhələsinin Xorvatiya ilə keçirilmiş ilk matçını dəyərləndirib. Futzalçı rəqibə də hörmətlə yanaşdığını bildirib: “Rəqibimiz doğma meydanda çıxış edirdi. Bu da onlarda özünəinam yaratmışdı. Bizim də qapı istiqamətinə çoxlu zərbələrimiz oldu. Təəssüf ki, hədəfə düşə bilmədik. Hətta qapı dirəyini də nişan aldıq”.

Millinin üzvü azarkeşləri ümidini itirməməyə çağırıb: “Rusiya millisi növbəti rəqibimiz olacaq. Onlar güclü olsalar da, yenilməz deyillər. Rəqibimizə hörmət edirik. Ancaq öz oyunumuzu oynamağa, rəqibin zəif tərəflərindən xeyrimizə istifadə etməyə çalışacağıq. Təbii ki, “idman xoşbəxtliyi”nin də tərəfimizdə olması vacibdir”.

Qeyd edək ki, ilk oyununda Xorvatiyaya 0:2 hesabı ilə uduzan Azərbaycan millisi bu axşam Rusiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.