banner
banner

İdman

“Qalatasaray” evdə, “Sivasspor” səfərdə qalib gəlib

“Qalatasaray” evdə, “Sivasspor” səfərdə qalib gəlib

Türkiyə Superliqasında XXIV tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha üç qarşılaşma keçirilib.

Son çempion “Qalatasaray” evdə “Gənclərbirliyi”ni qəbul edib. Asan qələbə qazanan istanbullular liderliyə şərik olublar.

“Sivasspor” səfərdə autsayderlər qrupunda yer alan “Ankaragücü” ilə qarşılaşıb. Qonaqların böyükhesablı qələbəsi zirvədə üçhakimiyyətlilik yaradıb.

Turnir cədvəlindəki qonşuların duelində “Dənizlispor” “Yeni Malatyaspor”u qəbul edib. Meydan sahibləri iki qolla qələbə qazanıb.

Qeyd edək ki, tura martın 2-də yekun vurulacaq.

Türkiyə Super Liqası
XXIII tur
1 mart
“Ankaragücü” – “Sivasspor” – 0:3
Arslan, 69, Yandas, 74, Yatabare, 90
“Dənizlispor” – “Yeni Malatyaspor” – 2:0
Yumlu, 34, Barrou, 75
“Qalatasaray” – “Gənclərbirliyi” – 3:0
Donk, 3, Falkao, 33, 69



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.