banner
banner

İdman

İtaliyalı gimnastlar Bakıya xüsusi razılıq əsasında gələcək

İtaliyalı gimnastlar Bakıya xüsusi razılıq əsasında gələcək

Bakıda keçiriləcək İdman Gimnastikası üzrə FIG Dünya Kubokunda İtaliyanın iki təmsilçisi çıxış edəcək.

"Report" "Sportface" nəşrinə istinadən xəbər verir ki, Vanessa Ferrari və Lara Mori koronavirusa görə İtaliya hökümətinin məhdudiyyətlərinə baxmayaraq, Azərbaycandakı yarışa qatılacaqlar.

Hər iki gimnast İtaliya Milli Olimpiya Komitəsinin imzaladığı xüsusi razılıq əsasında Dünya Kubokunun üçüncü mərhələsində mübarizə aparacaq. Bakıdakı yarışın Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması səbəbindən belə bir addım atılıb. 

Qeyd edək ki, Dünya Kuboku 12 - 15 martda Milli Gimnastika Arenasında olacaq. Vanessa Ferrari 1 dəfə dünya, 4 dəfə isə Avropa çempionu olub. La Mori isə ötən il İtaliyanın Neapol şəhərində təşkil olunmuş Universiadada gümüş və bürünc medal qazanıb.  

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.