Koronavirusa yoluxub-sağalan Fatih Terim evə buraxıldı
Koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terimdən xəbər var.
Baş məşqçi artıq evə buraxılıb.
Xəstəxanadan verilən məlumatda bildirilib ki, Terim bir çox müayinədən keçib və sağalmağa başladığı üçün evə buraxılıb. O, 14 gün evində karantində qalacaq, səhhəti yenidən pisləşərsə, xəstəxanaya yerləşdiləcək.
Qeyd edək ki, baş məşqçi virusa yoluxduğunu sosial şəbəkədə açıqlamışdı:
"Xəstəxanada etibarlı əllərdəyəm. Narahat olmayın. Ən qısa müddətdə xəbərləşmək ümidi ilə".
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb