banner
banner

İdman

Yuzef Blatter: "ABŞ və Yaponiya DÇ-2022-yə ev sahibliyi edə bilər"

Yuzef Blatter: "ABŞ və Yaponiya DÇ-2022-yə ev sahibliyi edə bilər"

“ABŞ 2026-cı il əvəzinə 2022-ci il dünya çempionatına ev sahibliyi edə bilər”.

“Report”un məlumatına görə, bunu FIFA-nın sabiq prezidenti Yuzef Blatter “Bild” nəşrinə açıqlamasında deyib. Funksioner amerikalıların belə bacarığa malik olduqlarını sözlərinə əlavə edib. Onun fikrincə, Yaponiya da bunu edə bilər. Xoşbəxtlikdən, DÇ-2022-də 48 yox, cəmi 32 komanda olacaq. Böyük bir təşkilatçılıq səyinə ehtiyac yoxdur”.

Blatter Almaniyanın da mundiala ev sahibliyi edə biləcəyini söyləyib. Lakin o, 2018-ci ildən sonra çempionatın Avropada təşkil olunma ehtimalının az olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi 2018 və 2022-ci il dünya çempionatlarına ev sahibliyi edən ölkələri seçərkən FIFA rəsmilərinin rüşvət aldığını idda edib. Məlumatda FIFA-nın sabiq vitse-prezidenti Cek Uornerin DÇ-2018 üçün Rusiyadan 5 milyon dollar rüşvət aldığı vurğulanıb. Ali futbol qurumunun İcraiyyə Komitəsinin üzvü Rafael Salqeronun isə 1 milyon dollar qarşılığında Rusiyaya səs verdiyi irəli sürülüb.

Bundan başqa, Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti Rikardo Teyşeyra və FIFA-nın keçmiş vitse-prezidenti, Cənubi Amerika Futbol Konfederasiyasının prezidenti Nikolas Leozun da səsvermədə rüşvət aldığı iddia olunub. 2018-ci ildəki mundial Rusiyada keçirilib və Fransa millisi qızıl medal qazanıb, DÇ-2022 isə Qətərdə olacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.