banner
banner

İdman

Azərbaycanı avrokubokda təmsil edəcək ilk klub bilinib

Azərbaycanı avrokubokda təmsil edəcək ilk klub bilinib

Azərbaycanın voleybol üzrə avrokubokların 2020/21 mövsümündəki təmsilçilərindən biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu, Bakının “Azərreyl” klubudur.

Koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatan Azərbaycan Super Liqasının liderinə ölkəmizi qitə miqyaslı turnirdə təmsil etmək hüququ verilib. Yarış başa çatmasa da, Azərbaycan Voleybol Federasiyası ölkənin ən köklü klubunun yenidən Avropada iştirakını məqsədəuyğun sayıb.

Paytaxt təmsilçisi Çelenc kubokunda mübarizə aparacaq. Azərbaycan və “Azərreyl” bununla da bir illik fasilədən sonra qitə səhnəsinə qayıdacaq.

Ölkəmizi Çelenc kubokunda təmsil edəcək digər klubun isə kişilərdən ibarət Azərbaycan Yüksək Liqasının lideri “Murov” olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasında oynamaq hüququna malik olsa da, qitənin ən yüksək səviyyəli yarışına qatılmayacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.