Stanislav Namaşko: “Keşlə" mənə yeni müqavilə təklif edəcək”
“Azərbaycan çempionatı ilə bağlı hələlik qeyri-müəyyənlikdir. Çempionatın bərpa olunacağı, yoxsa başa çatdırılacağı hökumətin qərarından asılıdır”.
Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin futbolçusu Stanislav Namaşko deyib.
Moldova Futbol Federasiyasının rəsmi saytına müsahibə verən təcrübəli qapıçı Azərbaycan çempionatının durumundan danışıb: “Öncədən Azərbaycanda mayın 4-dək fövqəladə vəziyyət rejimi elan etdilər. Sonradan onu mayın 31-ə qədər uzatdılar. “Keşlə” hazırda turnir cədvəlində “Qarabağ” və “Neftçi”dən sonra 3-cüdür. Dördüncü pillədəki “Sumqayıt”ı 7 xal qabaqlayırıq. Avropa Liqasına düşmək üçün yaxşı şanslarımız var”.
Namaşko müqaviləsinin başa çatması və gələcək planlarına da toxunub: “Müqaviləm iyunun 31-də başa çatır. Koronavirus pandemiyası üzündən yaranmış vəziyyətə görə hələ rəhbərliklər müqavilənin uzadılması barədə danışmamışıq. Düzünü deyim, mən bundan sonra da “Keşlə”də oynamaq istəyirəm. Buna görə də ümid edirəm ki, mənə yeni müqavilə təklif olunacaq”.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb