İspaniya La Liqasının davam edəcəyi tarix məlum olub
İspaniya La Liqasının prezidenti Xavyer Tebas Almaniya futbol çempionatı mövsümünün davam etdirilməsini şərh edib, həmçinin La Liqanın başlayacağı tarixi açıqlayıb:
"Mən çox şadam. Bundesliqanın baş direktorunu təbrik etdim. Çox əhəmiyyətli iş gördülər, onlarla fəxr edirəm. Bu, təqlid üçün nümunədir. İstəyirəm ki, İspaniya çempionatı mümkün qədər tez başlasın. Biz 12 iyuna yönəlirik. Azarkeşlərin problemləri bu vəziyyətdə daha mövcud deyil”.
Oyunçular cəmlənməlidir. Hər yeni mərhələ bizə böyük miqdarda insanla olmağa icazə verir və ehtiyatlı olmalıyıq. Bizim təhlükəsizlik tədbirlərimizlə məşqlərdə yoluxmaq praktiki cəhətdən mümkün deyil", - deyə, Xavyer Tebas əlavə edib.
Xatırladaq ki, La Liqanın yarış cədvəlinə Katalon "Barselona”sı başçılıq edir. Komanda 58 xal toplayıb. Onu 56 xalla Madrid "Real”ı izləyir. (
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb