banner
banner

İdman

Gənclər və İdman Nazirliyi Operativ Qərargahın qərarını gözləyir

Gənclər və İdman Nazirliyi Operativ Qərargahın qərarını gözləyir

Gənclər və İdman Nazirliyi idman qurğularının açılması və yarışların bərpası üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir.

Bu barədə "Report"a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib. Onun sözlərinə görə, hələlik stadionlar da daxil olmaqla, idman qurğularına dair heç bir qəti qərar yoxdur.

Nazirlik rəsmisi Operativ Qərargahın idman qurğularının açılması ilə bağlı qərarından sonra fikir bildirəcəklərini söyləyib:

"Qərar yoxdursa, hələ ki, bu barədə danışa bilməyəcəyik. Operativ Qərargahın qərarından sonra bu mövzuda fikir söyləmək olar".

Qeyd edək ki, Azərbaycanda martın 13-də bütün kütləvi idman tədbirləri qeyri-müəyyən müddətədək təxirə salınıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.