banner
banner

İdman

UEFA prezidenti AVRO-2020 ilə bağlı bir milyon avroluq mərcə girməyə hazırdır

UEFA prezidenti AVRO-2020 ilə bağlı bir milyon avroluq mərcə girməyə hazırdır

UEFA prezidenti Aleksander Çeferin koronavirus pandemiyası səbəbindən təxirə salınan Avropa çempionatının 2021-ci ildə baş tutacağı üçün bəhsə girməyə hazırdır.

"Report"un məlumata görə, bu barədə sloveniyalı funksioner "The Guardian" nəşrinə açıqlama verib. O, AVRO-2020-nin baş tutması üçün bir milyon avroluq mərcə girməyə hazır olduğunu söyləyib: "Virus əbədi yaşayacaq. Düşünürəm ki, vəziyyət çox insanın düşündüyündən tez vaxtda dəyişəcək. Bu, ciddi problemdir, amma indi intensivlik dərəcəsi azalır. Virus haqqında daha çox məlumat əldə etdik. Ümumiyyətlə, nikbinəm, apokaliptik yanaşmanı sevmirəm, ikinci və üçüncü dalğaları, hətta beşinci dalğanı da gözləməli olacağıq".

Çeferin səlahiyyətli orqanların tövsiyələrinə hazır və tabe olacaqlarını sözlərinə əlavə edib: "Azarkeşlərlə köhnə futbolun qayıdacağına əminəm".

Qeyd edək ki, AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat qarşılaşmaları 2021-ci il iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.