banner
banner

İdman

Azərbaycan ən güclüsünün Çempionlar Liqasında 18 potensial rəqibi bəlli olub

Azərbaycan ən güclüsünün Çempionlar Liqasında 18 potensial rəqibi bəlli olub

Çempionlar Liqasının 2020/21 mövsümündə iştirak edəcək komandaların sayı 26-ya çatıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatan Uels çempionatının qalibi “Konnak” da bu siyahıya daxil olub.

Britaniyalılar I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu raundda qüvvəsini sınayacaq klubların sayı 18-ə çatıb.

Həmin komandalar I təsnifat mərhələsindən yarışa başlayacaq Azərbaycan çempionunun potensial rəqibləridir. Koronavirusa görə dayanan və taleyi hələ də qeyri-müəyyən olan Azərbaycan Premyer Liqasının qalibi bu mümkün rəqiblərdən biri ilə görüşəcək.

Qitənin ən nüfuzlu klub turnirində iştirakı dəqiqləşən digər 8 komandadan dördü qrup, biri IV, ikisi III, biri II raundda mübarizəyə qoşulacaq.

Çempionlar Liqası
2020/21 mövsümü

Qrup mərhələsi

“Liverpul” (İngiltərə)
PSJ (Fransa)
“Marsel” (Fransa)
“Brügge” (Belçika)

IV təsnifat mərhələsi

“Ayaks” (Niderland)

III təsnifat mərhələsi

“Renn” (Fransa)
“Gent” (Belçika)

II təsnifat mərhələsi

“Alkmaar” (Niderland)

I təsnifat mərhələsi

“Omoniya” (Kipr)
“Seltik” (Şotlandiya)
“Dinamo” (Brest, Belarus)
“Yurqorden” (İsveç)
“Molde” (Norveç)
“Astana” (Qazaxıstan)
“Şerif” (Moldova)
“Dandolk” (İrlandiya)
“KuPS” (Finlandiya)
“Reykyavik” (İslandiya)
“Suduva” (Litva)
“Riqa” (Latviya)
“Fola” (Lüksemburq)
“Flora” (Estoniya)
“Dinamo” (Tiflis, Gürcüstan)
“Konnak” (Uels)
“Europa” (Cəbəllütariq)
“Klaskvik” (Farer adaları)

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.