"Azərbaycanda oynamağı təklif etdilər, bir ildən sonra "Ştutqart"da debüt etdim"
Almaniyanın ikinci bundesliqa təmsilçisi “Sankt Pauli”nin futbolçusu Boris Taşinin Azərbaycanda oynamaq variantı olub.
Qol.az xəbər verir ki, ukraynalı hücumçu ölkəsinin "Bombardir" verilişinə açıqlamasında deyib. 2013-cü ildə "Çernomorets"də oynayan 26 yaşlı oyunçu həmin vaxt ölkəmizdəki klublardan birindən təklif aldığını bildirib:
“Odessada tətildə idim. Klubumdan mənə zəng vurub, təlim-məşq toplanışına aparılmayacağını dedilər. Mənə bildirdilər ki, sənin üçün bir variant var - Azərbaycanda icarədə oynamaq. Buna inana bilmədim. 19-20 yaşım var, baş məşqçi deyir ki, sən komanda ilə getmirsən. Bir ildən sonra isə “Ştutqart”ın heyətində Dortmund “Borussiya”sına qarşı matçda debüt etdim”.
Qeyd edək ki, B.Taşı bu mövsüm 15 oyunda 1 qol ötürməsi verib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb