banner
banner

İdman

Bundesliqa klubunun kapitanı mövsümü başa vurdu

Bundesliqa klubunun kapitanı mövsümü başa vurdu

Almaniyanın "Şalke" klubunun kapitanı Omar Maskarel mövsümün sonuna kimi sıradan çıxıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi David Vaqner məlumat verib.

O, 27 yaşlı yarımmüdafiəçinin uğursuz reabilitasiya səbəbindən yaşıl meydanlara qayıda bilməyəcəyini söyləyib.

Qeyd edək ki, Omar Maskarel mart ayında bud əzələsindəki problemə görə sıradan çıxıb. Daha sonra mövsüm koronavirusa görə dayandırılıb və mayın 16-da bərpa olunub. Maskarel cari mövsüm "Şalke" forması ilə 26 oyunda meydanda olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.