banner
banner

İdman

Nurməhəmmədov - Geyci döyüşünün vaxtı açıqlandı

Nurməhəmmədov - Geyci döyüşünün vaxtı açıqlandı

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə görüşünün vaxtı bəlli olub.

"Report"un məlumatına görə, bu barədə TASS-a Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov məlumat verib. O, qarşılaşmanı sentyabrda keçirməyi planlaşdırdıqlarını söyləyib.

Məhəmmədov bildirib ki, döyüşün yeri və dəqiq tarixi hələ bəlli deyil. Menecer rəqibin dəyişdirilməsinin planda olmadığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə məğlub olub. Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.