banner
banner

İdman

Bakıdakı dünya çempionatının yeni tarixi açıqlandı

Bakıdakı dünya çempionatının yeni tarixi açıqlandı

Bakıdakı keçirilməsi planlaşdırılan və koronavirusa görə təxirə salınan aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

"Report"un məlumatına görə, qərar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) videokonfrans formatında keçirilən iclasında qəbul edilib.

Aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışları 2021-ci il 21 - 23 may, 16-cı dünya çempionatı isə 27 - 29 mayda keçiriləcək.

Qeyd edək ki, dünya yaş qrupları yarışları 8-10 mayda, dünya çempionatı isə 14-16 mayda Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi təxirə salınıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.