Tokio olimpiadası yenidən təxirə salına bilər - RƏSMİ AÇIQLAMA
Tokio Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin direktoru Haruyuki Takahasi olimpiadanın yenidən təxirə salına biləcəyini söyləyib.
"Report"un məlumatına görə, funksioner oyunları 2021-ci ilin yayında keçirmək istədiklərini bildirib. Takahasi deyib ki, Tokio olimpiadasının ləğvinin qarşısını almaq mütləq lazımdır.
Onun sözlərinə görə, Yay Olimpiya Oyunlarının ləğvi Yaponiya və dünya iqtisadiyyatına böyük zərbə vuracaq: "Yaz aylarında olimpiadanın iyul - avqustda keçirilməsinin problemli olduğu aydın olarsa, Belnəlxalq Olimpiya Komitəsi ilə növbəti dəfə müzakirə apara bilərik".
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb