banner
banner

İdman

Macarıstan çempionu olan klubun prezidenti azərbaycanlıdır

Macarıstan çempionu olan klubun prezidenti azərbaycanlıdır

Tarixində 31-ci dəfə çempionluğunu rəsmiləşdirən Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti əslən azərbaycanlı Qabor Qubadovdur.

"Report"un məlumatına görə, Qubadov Azərbaycanın Naxçıvan bölgəsindəndir, ailəsi ötən əsrdə Macarıstana köçüb. O, 2006-cı ildən Macarıstan Milli Məclisinin deputatıdır.

Atası azərbaycanlı, anası isə macar olan Qubadov orta təhsilini Peşterjebetdə bitirib. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışıb. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçüb.

Qubadov 2008-ci ildə keçirilmiş referendumda və 2009-cu il Macar Avropa Parlamenti seçimlərində fəal iştirak edib. 2006-cı ildən Macarıstan parlamentinin üzvü olan siyasətçi bu il Macarıstanın 10 ən görkəmli şəxsindən biri seçilib. Ailəlidir, Emma, Marsel və Oliviya adında 3 övladı var.

"Ferentsvaroş" Macarıstanın ən titullu klubu sayılır. Ləqəbi "yaşıl qartallar" olan komanda çempionluqlardan əlavə, 23 dəfə ölkə kubokunu qazanıb və 1974/1975 mövsümündə Avropa Kuboklar Kubokunun finalçısı olub. Həlledici görüşdə bu klub Kiyev "Dinamo"suna uduzub - 0:3. "Yaşıl-ağlar"ın hazırkı baş məşqçisi məhz ukraynalı Sergey Rebrovdur.

1899-cu ildə yaranan "Ferentsvaroş" ev oyunlarını 22 min azarkeş tutumuna malik “Qroupama Arena”da keçirir. Stadion məhz 2011-ci il fevralın 15-də klub prezident seçilən Qubadovun dövründə - 2013-cü ildə tikilib. Paytaxt təmsilçisi 2006-cı ildə ölkənin ən yaxşı klubu seçilib.

"Ferentsvaroş" bu mövsüm sona 3 tur qalmış qızıl medalları təmin edərək, Çempionlar Liqasına vəsiqə qazanıb və Azərbaycan Premyer Liqasının qalibi üçün potensial rəqib olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.