banner
banner

İdman

Avrokuboklar və Avro-2020 ilə bağlı qərar verilir - Bu gün

Avrokuboklar və Avro-2020 ilə bağlı qərar verilir - Bu gün

Bu gün UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Qol.az xəbər verir ki, videokonfrans formatında olacaq toplantıda koronavirusa görə dayandırılan avrokuboklarda 2019/2020 mövsümünün 1/8 final mərhələləri, Çempionlar Liqasında 1/4 final oyunları, 2020/2021 mövsümü üçün avrokubokların təsnifat, pley-off və qrup mərhələləri ilə bağlı məsələyə baxılacaq.

Eyni zamanda, Avro-2020-nin keçirilmə yeri və oyunlarının təqvimi, Avro-2020-nin pley-off mərhələsi, UEFA Millətlər Liqasının 2020/2021 mövsümünün təqviminin yenidən qurulması, 21 yaşadək futbolçular arasında Avropa çempionatının təqvim və formatı məsələsi gündəlikdə yer alıb.

İclasdan sonra - Bakı vaxtı ilə saat 17:30-da isə UEFA prezidenti Aleksander Çeferinin mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, sabah UEFA İcraiyyə Komitəsinin daha bir iclası keçiriləcək. Bu toplantıda isə DÇ-2022-nin seçmə mərhələsinin püşkatma proseduru, klub lisenziyalaşması və Maliyyə Feyr-Pleyi qaydaları müzakirə ediləcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.