banner
banner

İdman

"Qarabağ"dan ayrılan futbolçu yenidən icarəyə verilə bilər

"Qarabağ"dan ayrılan futbolçu yenidən icarəyə verilə bilər

Cari mövsümün sonunda "Qarabağ"dan ayrılan Ailton Silvanı müqavilə üzrə məxsus olduğu Almaniyanın "Ştutqart" klubu yenidən icarəyə verə bilər.

"Report" yeli mətbuata istinadən xəbər verir ki, yeni mövsümdən Bundesliqada çıxış edəcək klub müdafiənin sol cinahını başqa futbolçu ilə gücləndirmək niyyətindədir.

İddiaya görə, Ailton ondan gözlənilən oyunu sərgiləyə bilmədiyi üçün klub braziliyalının mövqeyinə alternativ variant axtarışındadır. Bununla belə, 26 yaşlı futbolçunun məsələsi açıq olaraq qalır.

Qeyd edək ki, Ailton Silva ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.