banner
banner

İdman

"Real" "Qrenada"nı yenərək 9-cu ardıcıl qələbəsini qazanıb

"Real" "Qrenada"nı yenərək 9-cu ardıcıl qələbəsini qazanıb

İspaniya La Liqasının 36-cı turunun matçında "Qrenada" "Real"ı qəbul edib.

“Report” xəbər verir ki, görüş Qrenadada, "Los-Karmenes" stadionunda keçirilib və "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab matçın əvvəlində açılıb. Qarşılaşmanın 10-cu dəqiqəsində Ferlan Mendi Kazemironun ötürməsini qola çevirib. "Kral klubu" bir neçə dəqiqə sonra Kerim Benzemanın dəqiq zərbəsi ilə hesabdakı üstünlüyü artırıb. Lakin ikinci hissənin əvvəlində "Qrenada" hesab arasındakı fərqi azaldıb - 50-ci dəqiqədə Darvin Maçis komandasının oyundakı yeganə qolunu vurub.

Beləliklə, "Real" doqquzuncu ardıcıl qələbəsini qazanıb.

"Kral klubu" 83 xal toplayaraq, İspaniya çempionatında 1-ci yer tutur. "Qrenada" 50 xalla 10-cu yerdə qərarlaşıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.