banner
banner

İdman

"Qəbələ" rəsmisi: "Heyətin böyük hissəsi ilə razılıq əldə edəcəyik"

"Qəbələ" rəsmisi: "Heyətin böyük hissəsi ilə razılıq əldə edəcəyik"

"Artıq çempionatın start vaxtı bilinir. Biz də yaxın günlərdə komanda ilə Qəbələdə toplaşacağıq. Bu gün və ya sabah tarix bəlli olacaq".

Bu fikirləri "Reprot"a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib. Klub rəsmisi imkanları daxilində komandaya yeni futbolçular cəlb edəcəklərini bildirib.

Əzizov müqavilələri yeniləmək üçün futbolçularla danışıqlar aparacaqlarını da sözlərinə əlavə edib: "Məşqçilər korpusu bizə bütün futbolçuları saxlamaq istədiklərini söyləyib. Amma büdcəmiz buna nə qədər imkan varəcək? Hazırda onun müzakirəsi gedir. Demək olar ki, bütün futbolçularımız komandada qalmaq istədiklərini bildiriblər. Ümid edirik ki, heyətin böyük hissəsi ilə razılıq əldə edəcəyik".

Qeyd edək ki, "Qəbələ" yarımçıq dayandırılan 2019/2020 mövsümünü 20 oyundan sonra 19 xalla 8-ci pillədə başa vurub və Azərbaycan Kubokunun yarımfinalınadək irəliləyib. Azərbaycan Premyer Liqasında yeni mövsümün avqustun 14-də başlayacağı planlaşdırılır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.