banner
banner

İdman

Kevin Medina: "Çalışacam ki, "Qarabağ"ın uğurlarına kömək edim"

Kevin Medina: "Çalışacam ki, "Qarabağ"ın uğurlarına kömək edim"

Növbəti mövsümə hazırlaşan "Qarabağ" futbol klubu heyətini gücləndirməyə davam edir.

“Report” xəbər verir ki, komanda Portuqaliyanın "Çaves" klubunun mərkəz müdafiəçisi Kevin Medinanı heyətinə qatıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Karyerası Portuqaliya ilə bağlı olan 27 yaşlı futbolçu keçən ilin yayından "Çaves"də çıxış edib. O, daha əvvəl "Akademiko Vizeu", "Pinhalnovense", "Sintrense", "Moura" və "Naval"ın da formasını geyinib. Kolumbiyalı mərkəz müdafiəçisi bu mövsüm 16 matçda meydana çıxıb.

Yeni transfer keçidi haqda öz fikirlərini klubun mətbuat xidmətinə açıqlamasında bildirib:

"Yeni klubuma gəldiyim üçün çox xoşbəxtəm. Təbii ki, "Qarabağ" barədə nə eşitmişdimsə, hamısı müsbət idi. Buna görə də, səbrsizliklə yeni komandama qoşulmağı gözləyirdim. Nəhayət, buradayam, sevincliyəm. Əlimdən gələni edəcəm ki, öz oyunumla azarkeşlərin sevimli futbolçularından biri olum. Bilirəm ki, "Qarabağ" ardıcıl 7 dəfə çempion olub və hansı komandaya gəldiyimin fərqindəyəm. Çalışacam ki, komandanın uğurlarına kömək edim".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.