banner
banner

İdman

APEOL-in prezidenti: "Qarabağ"a məğlubiyyət bizi radikal qərarlara məcbur etdi"

APEOL-in prezidenti: "Qarabağ"a məğlubiyyət bizi radikal qərarlara məcbur etdi"

Kipr APOEL-inin prezidenti Prodromos Petridis komandasının 2019/2020 mövsümündə avrokuboklardakı çıxışını dəyərləndirib.

"Report"un "Omada.reporter.com.cy" saytına istinadən məlumatına görə, funksioner sponsorlarla görüşdə UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində "Qarabağ"la Nikosiyada keçirdikləri oyunu da xatırlayıb.

O bildirib ki, 1:2 hesabı ilə uduzduqları matçda gördükləri onu qane etməyib: "Evdə "Qarabağ"a məğlubiyyət bizi radikal qərarlar verməyə məcbur etdi. Həmin vaxt Tomas Dolla danışdıq. O isə etimadı doğrultdu və "Qarabağ"la cavab oyununda şansları lehimizə çevirdi. Səfərdə 2:0 hesablı qələbə sayəsində tariximizdə 8-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazandıq".

Qeyd edək ki, APOEL ötən mövsüm 4 dəfə "Qarabağ"la üz-üzə gəlib. Bunların yarısı ÇL-in III təsnifat mərhələsinə, yarısı Avropa Liqasının qrup mərhələsinə təsadüf edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.