banner
banner

İdman

Avropa Liqası: 1/4 final mərhələsinin oyunları keçiriləcək

Avropa Liqası: 1/4 final mərhələsinin oyunları keçiriləcək

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək. 

"Report"un məlumatına görə, cütlərin taleyini bir oyun həll edəcək. Qərara əsasən, matçlar Almaniyanın müxtəlif şəhərlərində keçiriləcək. 

İlk oyun günündə iki qarşılaşma oynanacaq. İngiltərənin "Mançester Yunayted" komandası Kölndə Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. İtaliya "İnter"i isə Dusseldorfda Almaniya "Bayer"inin (Leverkuzen) müqavimətini qırmağa çalışacaq. 

Avropa Liqası

1/4 final mərhələsi 

10 avqust

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Kopenhagen" (Danimarka) 

23:00 "İnter" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki qarşılaşması avqustun 11-də baş tutacaq. İngiltərə "Vulverhempton"u İspaniya "Sevilya"sı ilə, Ukrayna "Şaxtyor"u isə İsveçrə "Bazel"i ilə münasibətlərə aydınlıq gətirəcək. 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.