banner
banner

İdman

UEFA Avropa Liqasının ikinci yarımfinalçısı məlum olub

UEFA Avropa Liqasının ikinci yarımfinalçısı məlum olub

Avqustun 10-da UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ikinci oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, Kölndə İngiltərənin “Mançester Yunayted” komandası isə Danimarkanın "Kopenhagen"i üz-üzə gəlib. Əsas vaxt qolsuz yekunlaşıb. Nəticədə əlavə vaxt təyin olunub. Görüşün taleyini 95-ci dəqiqədə "qırmızı şeytanlar"ın yeni transferi Brunu Fernandeşin penalti qolu həll edib - 1:0.

Beləliklə, avqustun 17-də Düsseldorfda keçiriləcək ikinci yarımfinal görüşündə "İnter" və "Mançester Yunayted" üz-üzə gələcək. Avqustun 16-da Kolndə təşkil olunacaq ilk yarımfinal cütünün tərkibi isə bu gün müəyyənləşəcək. Duysburqdakı "MSV Arena"da İngiltərənin "Vulverhempton" klubu İspaniyanın "Sevilya" komandası ilə üz-üzə gələcək. Gelzenkirxendəki "AufŞalke Arena"da isə Ukraynanın "Şaxtyor" klubu İsveçrənin "Bazel" komandasını ilə qarşılaşacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.