Ronaldinyo ev dustaqlığında da sakit dayanmadı - Daha bir skandal!
Paraqvayın paytaxtı Asunsonda ən lüks otellərinin birinin kral nömrəsində ev dustaqlığını keçirən məşhur futbolçu Ronaldinyonun adı yenə də qalmaqalda hallanıb.
Bir neçə gün öncə Braziliya millisinin əfsanəvi sabiq üzvü Ronaldinyonun qaldığı nömrəyə gecə saatlarında çoxlu sayda qadın gəlib. Şahidlərin sözlərinə görə, qadınlar bahalı avtomobillərlə gətirilib, elə həmin avtomobillərlə də geri göndərilib. Məlumata görə, əyləncə məclisi səhərə qədər davam edib.
Şahidlərdən biri "HOY" qəzetinə verdiyi açıqlamada bildirib: "Fikrimcə, o qadınların hamısı model idi. Çünki xarici görünüşlərində heç bir qüsur yox idi".
Xatırladaq ki, Ronaldinyo və qardaşı Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə martın 5-də həbs olunmuşdular. Əfsanəvi futbolçu 1,6 milyon dollar girov qarşılığında aprel ayında ev dustaqlığına buraxılıb.
Hazırda ev həbsində olan və ölkədən çıxışına qadağa qoyulan Braziliya millisinin sabiq üzvü Ronaldinyonun avqustun 24-də məhkəməsi olacaq.
Paraqvayda keçiriləcək məhkəmədə keçmiş futbolçunun azadlığa buraxılacağı gözlənilir. Ev həbsində olan Ronaldinyodan 90 min dollarlıq təzminat tələb olunur.
Avqustun 24-də keçiriləcək məhkəmədə təzminat məsələsi də müzakirə olunacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb