banner
banner

İdman

Marsel polisi sakinlərinə ÇL-nin final günü PSJ formasına qadağa qoydu

Marsel polisi sakinlərinə ÇL-nin final günü PSJ formasına qadağa qoydu

Marsel şəhər polisi avqustun 23-də baş tutacaq PSJ-Bavariya oyununda şəhər sakinlərinə PSJ klubunun formasının geyilməsini qadağan edən bir qərar imzalayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Le Parisien" məlumat verib.

Qərarda, Marsel sakinlərinə PSJ futbol klubunun istənilən atributunu nümayiş etdirmək qəti qadağan edilir.

Polis İdarəsindən verilən məlumata görə, belə bir qərarın verilməsinə səbəb PSJ və Marsel azarkeşləri arasında yarana biləcək insidentin qarşısını almaqdır.

Qeyd edək ki, PSJ Marselin əzəli və prinsipial rəqibidir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.