banner
banner

İdman

"Yuventus"un futbolçusu Devid Bekhemin klubuna keçir

"Yuventus"un futbolçusu Devid Bekhemin klubuna keçir

İtaliyanın "Yuventus" klubunun futbolçusu Qonsalo İquain karyerasını ABŞ-da davam etdirməyə çox yaxındır. 

"Report" "Tyc Sports"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu MLS təmsilçilərindən "İnter Mayami" ilə razılaşıb. Argentinalı forvardın sözləşməsi iki illik nəzərdə tutulub. 

İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin rəhbəri olduğu klub bu keçidi Turin klubu ilə həll etməlidir. "Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo İquaini komandasında görmək istəmir. 

Qeyd edək ki, Qonsalo İquain 2019/2020 mövsümündə "Yuventus"un heyətində 44 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.