banner
banner

İdman

Millətlər Liqasının ikinci turuna yekun vurulub

Millətlər Liqasının ikinci turuna yekun vurulub

Sentyabrın 8-də futbol üzrə UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ikinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun sonuncu oyun günündə A, C və D liqalarında ümumilikdə 9 qarşılaşma baş tutub.

C liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi səfərdə Kipr seçməsinin qonağı olub. Millimiz Nikosiyada Kipr komandasını minimal hesabla məğlub edib - 1:0. Oyunda yeganə qolun müəllifi 29-cu dəqiqədə kapitan Maksin Medvedev olub.

Azərbaycan millisi növbəti oyununu Monteneqro yığmasına qarşı keçirəcək. Görüş oktyabrın 10-da baş tutacaq.

Azərbaycan millisinin yer aldığı qrupun digər görüşündə Lüksemburq öz meydanında Monteneqro seçməsinə son dəqiqələrdə (90-ci) buraxdığı qolla məğlub olub.

Günün ən maraqlı görüşü “Stad de Frans” stadionunda baş tutub. Sonuncu dünya çempionatının finalçıları Fransa və Xorvatiya yığmaları üz-üzə gəlib. Məhsuldarlığı ilə seçilən görüşdə fransızlar güclü olub - 4:2. Fransa millisinin heyətində Antuan Qrizman, Dominik Luvakoviç (avtoqol), Dayo Upamkano, Olivye Giru, Xorvatina seçməsinin isə Deyan Lovren və Yosip Brekalo fərqləniblər.

Turun digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb:

A liqası (3-cü qrup)

İsveç – Portuqaliya - 0:2.

A liqası (2-ci qrup)

Belçika — İslandiya - 5:1;

Danimarka — İngiltərə - 0:0.

C liqası (2-ci qrup)

Gürcüstan – Şimali Makedoniya - 1:1;

Ermənistan – Estoniya - 2:0.

D liqası (2-ci qrup)

San-Marino – Lixtenşteyn - 0:2.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.