banner
banner

İdman

Elxan Məmmədov: "Bu qələbə bizə olduqca lazım idi"

Elxan Məmmədov: "Bu qələbə bizə olduqca lazım idi"

"Komandamız sözün həqiqi mənasında inamlı təsir bağışladı. Xüsusən, ilk hissədə daha çox qol vurmaq imkanımız oldu. Lakin bir qol vura bildik. Bununla belə, şükürlər olsun ki, komandamız 3 xalı qazandı".

Bunu "Report"a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan yığmasının səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldiyi UEFA Millətlər Liqasının II tur matçından sonra deyib.

Milli assosiasiya rəsmisi bildirib ki, Bakıda Lüksemburqa 1:2 hesablı məğlubiyyətdən sonra səfərdə qələbə qazanmaq çox vacib idi: "Komandamız Bakıdakı məğlubiyyətin ardından özünə gəlməli idi. Millətlər Liqasında ikinci oyunda və 10 aylıq fasilədən sonra qələbə qazanmaq önəmli idi. Təbii ki, baş məşqçi Canni De Byazi futbolçularla fərdi söhbətlər edərək, müvafiq qaydada tapşırıqlarını vermişdi".

Məmmədov De Byazinin yığmanı Millətlər Liqasına yoldaşlıq oyunları keçirmədən hazırlamasına da diqqət çəkib: "Unutmamalıyıq ki, bu, De Byazi üçün 2-ci oyun idi və onun rəhbərliyi altında heç bir yoldaşlıq görüşü keçirilməmişdi. Belə deyək, hazırda o öz eksperimentlərini rəsmi oyunlarda tətbiq edir. Fikrimcə, bu baxımdan Millətlər Liqası yaxşı fürsətdir".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.